29 
Mar
2024
23:04
84
15
2714
Virtual karabakh

Xosep Qvardiola “Mançester Siti”dən gedir?

29 Mar, 2024
23:04
2714

Xosep Qvardiola “Mançester Siti”dən gedir?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola İngiltərə komandasını tərk etməyi planlaşdırır.

Qvardiola 2025-ci ilin yayında hazırkı müqaviləsi başa çatdıqdan sonra “Mançester Siti”dən ayrılacaq. Beləliklə, ispaniyalı onlarla doqquz mövsüm çalışacaq.

Qvardiola həmçinin “Mançester Siti”dən ayrıldıqdan sonra məşqçilik karyerasına fasilə vermək niyyətindədir.  

Xosep Qvardiolanın rəhbərliyi altında “Mançester Siti” tarixində ilk dəfə UEFA Çempionlar Liqasının qalibi olub. Ötən mövsüm İngiltərə komandası trebli (“qızıl het-trik”, futbol klubunun və ya milli komandanın üç yarışda qələbəsi - red.) tamamlamağa müvəffəq olub.

İspaniyalının rəhbərliyi ilə onlar beş dəfə İngiltərə çempionatının qalibi olmağı bacarıblar.

Qvardiola karyerası ərzində “Barselona” və “Bavariya”nı da çalışdırıb. Ümumilikdə ispaniyalı mütəxəssis bütün klublarla 37 kubok, o cümlədən üç UEFA Çempionlar Liqasını qazanıb.

Mənbə: “Championat”

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri