Apr
2024
01:00
82
47
3921
Virtual karabakh

Çində bir neçə yeni “Xiaomi” elektromobili qəzaya uğrayıb - FOTO/VİDEO

2 Apr, 2024
01:00
3921

Çində bir neçə yeni “Xiaomi” elektromobili qəzaya uğrayıb - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çində “Xiaomi” şirkətinin bir neçə yeni elektrik avtomobili qəzaya uğrayıb.

Hadisə şahidləri sosial şəbəkələrdə ən azı üç belə hadisənin görüntülərini dərc ediblər.

Ehtimal olunur ki, qəzalar müştərilərə sınaq üçün verilən avtomobillərdə baş verib.

Xatırladaq ki, martın 28-də Çində “Xiaomi SU7” elektrik avtomobillərinin satışına başlanılıb. Sedanın ilkin versiyasında elektrik mühərrikinin gücü 299 at gücünə, ikimühərrikli versiyasında isə 673 at gücünə malikdir və 100 kilometr/saat sürəti 2,78 saniyəyə yığmağa qadirdir.

Elektromobilin akkumulyatoru bir dəfəyə maksimum 800 kilometrə bəs edir. “Xiaomi SU7”nin qiyməti 215 900 yuandan (təxminən 50 min manatdan) başlayır.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri