17 
Apr
2024
05:10
66
152
1116
Virtual karabakh

Tatarıstanda yeniyetmələri hərbi zavodlarda işə cəlb edəcəklər

17 Apr, 2024
05:10
1116

Tatarıstanda yeniyetmələri hərbi zavodlarda işə cəlb edəcəklər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tatarıstanda 14 yaşından yeniyetmələrin müəssisələrdə, o cümlədən müdafiə müəssisələrində işlə təmin olunması təcili vəzifə kimi formalaşdırılıb və bu, regional məşğulluğun təşviqi proqramına salınıb.

Məmurların hazırladığı proqramda qeyd olunub ki, əmək qabiliyyətli əhalinin azalması səbəbindən fabriklərdə gənclərə ehtiyac yaranıb və bu, 1990-cı illərin demoqrafik boşluğunun nəticəsidir.

Proqramın məqsədi 15-24 yaşlı gənclər arasında işsizlik səviyyəsini 11%-ə endirməkdir.

Tatarıstanın Əmək Məcəlləsinə yeniyetmələrə 16 yaşından təhlükəli istehsalatda işləməyə icazə verən dəyişikliklər layihəsi artıq respublikanın Dövlət Şurası tərəfindən hazırlanıb.

Mənbə: kommersant.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri