17 
Apr
2024
22:33
255
15
2373
yuxarı
CHP sədri AŞPA-da Azərbaycanı dəstəklədi - VİDEO
17 Apr, 2024
22:33
2373
255
15
CHP sədri AŞPA-da Azərbaycanı dəstəklədi - VİDEO
Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özer Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) çıxışı zamanı Azərbaycanı dəstəkləyib.
O bildirib ki, Azərbaycanla AŞPA arasında olan anlaşılmazlığın tezliklə aradan qaldırılması vacibdir.
Özerin sözlərinə görə, hər iki tərəf bu müddət ərzində özü üçün lazımi nəticələri çıxarıb.
CHP sədri həmçinin Azərbaycan nümayəndə heyətinin AŞPA-da fəaliyyətini bərpa etməsi üçün mümkün olan bütün tədbirləri görməyə hazır olduqlarını dilə gətirib.
Xatırladaq ki, yanvarın 24-də Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti iclasda bəyanatla çıxış edərək, növbəti bildirişə qədər qurumda qarşılıqlı fəaliyyətini və mövcudluğunu qeyri-müəyyən müddətə dayandırmaq qərarını elan edib.
Bizimlə əlaqə saxlayın
Digər Siyasət xəbərləri
30 
Apr
2024
16:27
Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - YENİLƏNİB + VİDEO
325
9
2343
30 
Apr
2024
11:44
Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunan konsert keçiriləcək - VİDEO
32
31
694