19 
Apr
2024
15:40
8
42
719
Virtual karabakh

“Neftçi”nin isveçli funksioneri: “Prinsipimiz futbolçuları canlı görməkdir”

19 Apr, 2024
15:40
719

“Neftçi”nin isveçli funksioneri: “Prinsipimiz futbolçuları canlı görməkdir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Avrokubokların qrup mərhələsinə vəsiqə qazanacağımıza söz verə bilmərəm”.

“Report”un məlumatına görə, bunu “Neftçi”nin idman direktoru Yens Andersson mətbuat konfransında deyib.

İsveçli funksioner qısamüddətli hədəflərdən söz açıb:

“Hər matça qələbə əzmi ilə çıxmalıyıq. Hazırda heyəti planlaşdırmaq üçün çox çalışırıq. Avrokuboklara görə hazırlıqlara erkən başlamaq şansımız olacaq”.

O, yayda heyətə yeni oyunçuların cəlb edilməsi məsələsinə də toxunub:

“Bizim əsas prinsipimiz futbolçuları canlı görməkdir. Çünki kompüter vasitəsilə oyunçu seçəndə onun yalnız topla davranışını görürsünüz. Biz isə yerində seçim etmək niyyətindəyik”.

Klub rəsmisi bəzi azarkeşlərin matçları boykot etmələrinə də toxunub:

“Komandanı sevirsinizsə, pis günündə də yanında olmalısınız. Bütün fanatların sabah “Zirə” ilə matçda tribunalarda olmasını istəyirik. Bizim onlara ehtiyacımız var”.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri