19 
Apr
2024
15:28
58
34
530
Virtual karabakh

Ceyhun Bayramov Fələstinin baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə etdi

19 Apr, 2024
15:28
530

Ceyhun Bayramov Fələstinin baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fələstin dövlətinin baş naziri, eləcə də xarici işlər və xaricdə yaşayan fələstinlilər üzrə naziri Məhəmməd Mustafa ilə telefon danışığı aparıb.

Bu barədə Oxu.Az-a Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Məlumata görə, telefon danışığı zamanı Azərbaycan və Fələstin arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran məsələlər, habelə Qəzzadakı vəziyyət müzakirə olunub.

C.Bayramov M.Mustafanı bu əhəmiyyətli vəzifəyə təyinatı münasibətilə təbriklərini çatdırıb. Baş nazir də öz növbəsində ölkəmizi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi münasibətilə səmimi qəlbdən təbrik edib.

İki ölkə arasında siyasi, iqtisadi, mədəni, humanitar və s. istiqamətlər üzrə ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin mövcudluğu, regional və beynəlxalq təşkilatlar çərçivəsində göstərilən qarşılıqlı dəstək məmnunluqla qeyd olunub.

Azərbaycanın Fələstin məsələsinin beynəlxalq hüquq normaları, o cümlədən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsasən “iki dövlət” prinsipi üzrə həllin tərəfdarı olduğunu hər zaman dəstəklədiyini, bu istiqamətdə milli səviyyədə, o cümlədən Qoşulmama Hərəkatına sədrlik dönəmində münaqişənin nəticələrinin aradan qaldırılması sahəsində əməli addımlar atdığı diqqətə çatdırılıb.

Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyi (UNRWA) vasitəsilə Fələstinə göstərdiyi 2 milyon ABŞ dolları məbləğində yardımı, eləcə də fələstinli tələbə və diplomatlar üçün təlim-tədris proqramlarının mövcudluğu məmnunluqla qeyd olunub.

Teledon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri