19 
Apr
2024
21:20
216
45
1822
Virtual karabakh

İranın Parisdəki konsulluğuna daxil olan şəxs saxlanıldı - YENİLƏNİB + VİDEO

19 Apr, 2024
21:20
1822

İranın Parisdəki konsulluğuna daxil olan şəxs saxlanıldı - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransa paytaxtında İran səfirliyinin konsulluq bölməsini bombalamaqla hədələyən şəxs psixi problemlərdən əziyyət çəkir.

Bu barədə “Tasnim” agentliyinə İslam Respublikasının Parisdəki diplomatik nümayəndəliyi məlumat verib.

Səfirliyin məlumatına görə, hücum edən şəxs daimi olaraq Fransada yaşayan iranlıdır. O, özü danışıqlardan sonra konsulluq binasını tərk edib, bundan sonra Fransa hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Səfirlik agentliyə təsdiqləyib ki, saxlanılan şəxs daha əvvəl diplomatik missiya binasının düz qarşısında rezin təkər yandırıb.

16:55

İranın Parisdəki konsulluğuna daxil olaraq özünü partladacağı ilə hədələyən şəxs Fransa polisi tərəfindən saxlanılıb.

Bu barədə hüquq-mühafizə orqanları məlumat yayıb.

16:36

Naməlum şəxs İranın Parisdəki konsulluğuna daxil olaraq özünü partladacağı ilə hədələyir.

Bu barədə “Europe 1” radiostansiyası məlumat yayıb.

Mənbə yazır ki, hüquq-mühafizə orqanları konsulluğa yaxın metro xəttini bağlayıb və binanın ətrafını mühasirəyə alıb.

Radiostansiyanın məlumatına görə, kişinin üzərində partladıcı qurğu yerləşdirilmiş kəmər var. Həmçinin, səfirin də binada olduğu qeyd edilir.

Hələlik hadisənin digər təfərrüatı məlum deyil.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri