19 
Apr
2024
20:16
289
5
880
Virtual karabakh

Haiti Fransadan milyardlarla təzminat tələb edir

19 Apr, 2024
20:16
880

Haiti Fransadan milyardlarla təzminat tələb edir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransa Haitinin müstəqillik üçün əvvəllər ödədiyi “girovu” adaya qaytarmalıdır. Bu barədə Haiti vətəndaş cəmiyyəti qruplarının koalisiyası bəyanat yayıb.

Bildirilib ki, təzminatlar milyardlarla dollar təşkil edir. Bəzi ekspertlər bu məbləği 21 milyard, bəziləri isə 150-200 milyard dollar həcmində hesablayıblar.

Qeyd edək ki, Haiti 1804-cü ildə üsyandan sonra bölgədə müstəqillik qazanan ilk ada olub. Lakin Fransa daha sonra itirilmiş gəlir üçün sərt kompensasiyalar tətbiq edib. Karib hövzəsi ölkəsi bu məbləği 1947-ci ilə qədər ödəyib.

Mənbə: octagon.media

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri