19 
Apr
2024
23:08
20
129
1368
Virtual karabakh

Trampın məhkəməsi zamanı dəhşət: Kişi binanın qarşısında özünü yandırdı - VİDEO

19 Apr, 2024
23:08
1368

Trampın məhkəməsi zamanı dəhşət: Kişi binanın qarşısında özünü yandırdı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-nin keçmiş prezidenti Donald Trampın məhkəməsi zamanı Manhettendə cinayət işi üzrə məhkəmə binası qarşısında bir nəfər özünü yandırıb.

Görüntülər CNN-də canlı yayımlanıb.

Hüquq-mühafizə orqanlarının rəsmisi CNN-ə bildirib ki, kişi məhkəmə binasının qarşısındakı parka girərək havaya fişənglər atıb. Daha sonra bel çantasından nəsə çıxararaq özünü yandırıb.

Təcili yardım həkimi kişinin yanına qaçaraq kömək etməyə çalışıb. İlk müdaxilə edənlər kişini xəstəxanaya aparıblar.

Qeyd edək ki, Manhettendəki Nyu-York məhkəməsində 2016-cı ildə porno aktrisa Stormi Daniels ilə müqavilə bağlayan Trampa qarşı iş gedir. İddialara görə, qadın 10 il əvvəl Trampla iddia edilən intim münasibəti haqda susduğuna görə 130 min dollar alıb.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri