22 
Apr
2024
19:24
110
48
2296
Virtual karabakh

KİV: İsrail İrana atdığı raketi özü məhv edib

22 Apr, 2024
19:24
2296

KİV: İsrail İrana atdığı raketi özü məhv edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsrail hökuməti İrana aprelin 19-da həyata keçirilən hücumdan daha böyük hücum planlaşdırsa da, ABŞ və digər xarici müttəfiqlərin razılaşdırılmış diplomatik təzyiqindən sonra zərbəni yumşaldıb.

Bu barədə “The New York Times” üç yüksəkrütbəli İsrail rəsmisinə istinadla xəbər verib.

Bildirilir ki, İsrailin İrana əks-hücum üçün ilkin planına Tehran yaxınlığındakı hərbi obyektlərə hücum da daxil olub. Ancaq belə zərbələr endirilsəydi, İran rəhbərliyi üçün “heç nə olmamış” kimi davranmaq və İsrailə yeni hücumdan çəkinmək daha çətin olardı. Belə bir ssenari Yaxın Şərqi böyük regional münaqişənin astanasına gətirə bilərdi.

İsrail mənbəsinin və iki yüksəkrütbəli Qərb rəsmisinin hücumla bağlı məlumatına görə, aprelin 19-da İsrail İranın hava məkanına qırıcı təyyarələr göndərmək əvəzinə, hədəflərdən bir neçə yüz mil qərbdə (İraq üzərində) təyyarələrdən az sayda raket atıb. İsrail həmçinin İranın hava hücumundan müdafiə sistemlərini çaşdırmaq üçün kiçik hücum dronları göndərib.

Peyk görüntülərinin təhlilinə əsasən, raketlərdən biri Natanz nüvə obyektini qoruyan “S-300” ZRK-nın batareyasına düşüb, ikinci raket isə birinci raketin hədəfinə çatdığı aydın olduqdan sonra qəsdən havada partladılıb (daha çox zərər verməməsi üçün).

Bundan başqa, nəşr “demo hücum” zamanı döyüş başlığı olmayan “hədəf raketlərinin” istifadə edildiyinə dair məlumatlar da dərc edib.

Mənbə: Newsru.co.il

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri