23 
Apr
2024
00:40
13
175
1508
Virtual karabakh

Tayvanda gün ərzində dörd güclü zəlzələ oldu - YENİLƏNİB + VİDEO

23 Apr, 2024
00:40
1508

Tayvanda gün ərzində dörd güclü zəlzələ oldu - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tayvanda 6,1 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri Hualien şəhərindən altı kilometr şərqdə yerləşib. Zəlzələnin ocağı yeddi kilometr dərinlikdə olub.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Qeyd edək ki, bu, adada gün ərzindəki sayca dördüncü güclü zəlzələdir.

Mənbə: TASS

22.04.2024, 22:00

Tayvan sahillərində 24 saat ərzində üçüncü zəlzələ baş verib.

Adanın Mərkəzi Meteoroloji Bürosu bildirib ki, Tayvanın şərq sahillərində 5,9 bal gücündə zəlzələ olub.

Yeraltı təkanlar yerli vaxtla saat 22:11-də (Bakı vaxtı ilə 18:11 - red.) qeydə alınıb, yeraltı təkanların episentri Hualien dairəsindən 26,8 kilometr cənub-qərbdə yerləşib. Zəlzələnin ocağı 8,6 kilometr dərinlikdə olub.

Qeyd edək ki, statistikaya görə, Tayvanın şərq hissəsində yerləşən Hualien bölgəsində yeraltı təkanlar adanın digər ərazilərinə nisbətən daha tez-tez baş verir.

Mənbə: RİA Novosti

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri