24 
Apr
2024
10:08
150
41
1529
Virtual karabakh

Rusiyanın daha bir neft emalı zavoduna dron hücumu olub - VİDEO

24 Apr, 2024
10:08
1529

Rusiyanın daha bir neft emalı zavoduna dron hücumu olub - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Smolenskdə (Rusiya) neft emalı zavoduna PUA hücumu olub.

Bu barədə vilayətin qubernatoru Vasili Anoxin xəbər verib.

Məlumata görə, ilk partlayış yerli vaxtla saat 3:15-də Razdoro kəndi yaxınlığındakı neft bazası ərazisində (Smolenskdən 20 km aralıda) olub. Təxminən 15 dəqiqə sonra daha bir partlayış səsi eşidilib, bundan sonra sənaye obyekti alovlara bürünüb. Saat 4 radələrində daha bir neçə partlayış olub.

“Fövqəladə Hallar Nazirliyi hadisə yerindədir. Sakit olmağınız və təlaşa düşməməyiniz xahiş olunur”, - deyə qubernator müraciətində bildirib.

Xatırladaq ki, təxminən bir ay əvvəl Samara vilayəti, Novokuybışevsk şəhərindəki neft emalı zavoduna dron hücumu olmuşdu.

Mənbə: Apostrophe.ua

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri