25 
Apr
2024
15:32
112
20
536
Virtual karabakh

Roma Papası Fransisk müharibələri dayandırmağa çağırıb

25 Apr, 2024
15:32
536

Roma Papası Fransisk müharibələri dayandırmağa çağırıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Roma Papası Fransisk Ukrayna və Qəzza zolağında davam edən müharibələr fonunda dünyanı sülhə çağırıb.

“Danışıqlı sülh sonsuz müharibədən yaxşıdır. Xahiş edirəm. Müharibədə olan bütün ölkələr, müharibəni dayandırın. Danışıqları gözləyin. Sülh gözləyin”, - deyə Roma Papası bildirib.

Pontifik xütbələrində tez-tez Ukrayna və Qəzzadakı münaqişələri xatırladır. Bu ayın əvvəlində keçirilən Pasxa Bazar günü mərasimi zamanı o, Qəzza zolağında atəşkəsə və Rusiya ilə Ukrayna arasında əsir mübadiləsinə çağırıb.

Papa Fransiskin sözlərinə görə, o, sülh üçün çox dua edir və bu, danışıqlara kömək edə bilər.

Mənbə: Lenta.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri