26 
Apr
2024
08:54
57
116
1629
Virtual karabakh

ABŞ-də ilk dəfə insana süni ürək və donuz böyrəyi implantasiya edilib - FOTO/VİDEO

26 Apr, 2024
08:54
1629

ABŞ-də ilk dəfə insana süni ürək və donuz böyrəyi implantasiya edilib - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-nin Nyu-York Universitetinin Tibb Fakültəsinin cərrahları ilk dəfə süni ürək nasosu və geni dəyişdirilmiş donuz böyrəyinin birgə transplantasiyasını həyata keçiriblər.

54 yaşlı xəstə Liza Pizano sağ qalmaq üçün yeganə ümidi olduğu üçün əməliyyata razılıq verib. Onda son mərhələdə böyrək çatışmazlığı ilə birlikdə ürək çatışmazlığı da olub.

Əməliyyat iki mərhələdə aparılıb. Əvvəlcə qadının ürəyinin fəaliyyətini dəstəkləmək üçün sinəsinə nasos quraşdırılıb. Doqquz gün sonra transplantoloqlar ona geni dəyişdirilmiş donuz böyrəyini və dəyişdirilmiş donuz timusunu köçürüblər.

Həkimlər qeyd edirlər ki, bu, dünyada insana orqan transplantasiyası ilə birlikdə mexaniki ürək nasosunun implantasiya edildiyi ilk əməliyyat, eləcə də donuz böyrəyinin insana köçürülməsi ilə bağlı ikinci hadisədir.

Onların sözlərinə görə, böyrək mükəmməl işləyir, ürək də həmçinin əvvəlkindən daha yaxşı işləyir.

Mənbə: eurekalert.org

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri