26 
Apr
2024
16:24
215
11
1739
Virtual karabakh

İstanbulda terror törədənin hökmü bəlli oldu: Yeddi ömürlük həbs və 1794 il azadlıqdan məhrumetmə

26 Apr, 2024
16:24
1739

İstanbulda terror törədənin hökmü bəlli oldu: Yeddi ömürlük həbs və 1794 il azadlıqdan məhrumetmə

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2022-ci ildə Türkiyənin İstanbul şəhərində terror aktı törətməkdə təqsirləndirilən şəxsə yeddi ömürlük həbs cəzası verilib.

Bu barədə məhkəmənin qərarından aydın olub.

Bildirilir ki, Əhlam əl-Bəşir İstiqlal küçəsində törədilən terror hadisəsində dövlətin birliyini və bütövlüyünü pozmaq, həmçinin altı nəfəri qəsdən öldürmə ittihamı ilə yeddi ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum edilib.

Əl-Bəşir digər cinayətlərə görə də 1794 ilə qədər azadlıqdan məhrum edilib.

Terrorçu iclasda son söz zamanı özünü müdafiə etməyəcəyini bildirib:

“Verəcəyiniz hər bir hökmü qəbul edirəm”, - deyə o bildirib

Xatırladaq ki, 2022-ci il noyabrın 13-də İstanbulun İstiqlal küçəsində baş verən terror nəticəsində biri uşaq olmaqla altı nəfər ölüb, 99 nəfər yaralanıb. Kustar yolla hazırlanmış bomba olan çantanı tərk edən Suriya əsilli Əhlam əl-Bəşir 2022-ci il noyabrın 14-də ələ keçib. Müstəntiqlərin fikrincə, hücumda Kürdüstan Fəhlə Partiyası (PKK) və onun Suriya qolu olan Xalq Özünümüdafiə Qüvvələri iştirak ediblər.

Mənbə: Hurriyet

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri