29 
Apr
2024
10:36
12
32
586
Virtual karabakh

Gürcüstan parlamentində təhlükəsizlik tədbirləri gücləndirilib

29 Apr, 2024
10:36
586

Gürcüstan parlamentində təhlükəsizlik tədbirləri gücləndirilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Gürcüstan parlamentində “Xarici təsirin şəffaflığı haqqında” mübahisəli qanun layihəsi müzakirəyə çıxarılacaq.

Məlumata görə, bu səbəbdən parlamentə ziyarətçilərin girişi məhdudlaşdırılacaq - sarı təhlükəsizlik səviyyəsi tətbiq ediləcək.

“Parlamentin planlaşdırılmış tədbirlərinə (o cümlədən komitə iclaslarına) yalnız müvafiq struktur bölmələri tərəfindən dəvət olunmuş şəxslər buraxılacaqlar... Bu tədbirlərin məqsədi Gürcüstan Parlamentinin Sarayında iş və təhlükəsiz mühiti təmin etməkdir”, - deyə məlumatda bildirilir.

Mənbə: Sputnik Gürcüstan

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri