30 
Apr
2024
17:32
11
92
774
Virtual karabakh

“Crocus City Hall” terrorunda həlak olanların 40 mərasimi keçirilib - FOTO/VİDEO

30 Apr, 2024
17:32
774

“Crocus City Hall” terrorunda həlak olanların 40 mərasimi keçirilib - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Moskva vilayətində “Crocus City Hall” konsert zalında baş verən terror aktından 40 gün keçir. Bununla əlaqədar Krasnoqorskda anım mərasimi keçirilib.

Xidməti Odintsovo və Krasnoqorsk arxiyepiskopu aparır. Konsert zalının yanında yenidən memorial abidə yaranıb - insanlar ora gül və oyuncaq gətirirlər.

Xatırladaq ki, martın 22-də axşam saatlarında Krasnoqorskda “Crocus City Hall” konsert zalında terror aktı baş verib. Silahlı şəxslər zala soxularaq tamaşaçılara atəş açıblar. Bundan sonra partlayışlar baş verib və yanğın başlayıb. Rusiya İstintaq Komitəsi “terror aktı” maddəsi ilə bağlı cinayət işi açıb.

Hadisə nəticəsində 551 nəfər yaralanıb, 145 nəfər (altısı uşaq) həlak olub.

“Crocus City Hall”un “Telegram” kanalında verilən məlumata görə, Müslüm Maqomayev Fondu zərərçəkənlərə kömək məqsədilə xeyriyyə aksiyası keçirib. Fond 140 milyon rubla (2,5 milyon manat) yaxın vəsait toplaya bilib. Ümumi məbləği 100 milyon rubl (1,8 milyon manat) olan ilk ianələri “Crocus Group”un sahibi Araz Ağalarov və birinci vitse-prezidenti Emin Ağalarov ediblər.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri