18 
May
2017
00:17
26
347
50092
Virtual karabakh

Susananı ölüm həddinə çatdıran şəxs tanınmış şairənin oğludur – FOTO

18 May, 2017
00:17
50092

Susananı ölüm həddinə çatdıran şəxs tanınmış şairənin oğludur – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda bir neçə gün əvvəl özünü ataraq intihar edən Susana Şərifovanın qeyri-rəsmi yaşadığı əri ilə bağlı maraqlı məqamlar ortaya çıxıb.

Oxu.Az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Susananın ölümü ilə bağlı həbs olunan Baxşiyev Əbülfəs tanınmış ailənin övladıdır. Belə ki, onun anası Simuzər Nüsrətbəyli (Baxşıyeva) şair-publisistdir. O, AYB-nin üzvü olmaqla yanaşı, 10 kitabın müəllifidir. Eyni zamanda, “Ədəbiyyat qəzeti” nin əməkdaşıdır. 

Əbülfəs şairənin yeganə oğludur. Həm Susana, həm də əri əslən Lənkərandandır.

Qeyd edək ki, Susana azyaşlı uşaqları və həyat yoldaşı evdə olarkən özünü pəncərədən atıb.  Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

İstintaqla Baxşiyev Əbülfəs Yusuf oğlunun 2009-cu ildən etibarən rəsmi nikahları qeydə alınmasa da faktiki ər-arvad kimi birlikdə yaşadığı və maddi cəhətdən asılı olmuş Susana Şərifovanı dəfələrlə döyüb işgəncə verməsində, habelə amansız rəftar etməklə və ləyaqətini mütəmadi olaraq alçaltmaqla onu özünü öldürmə həddinə çatdırmasında əsaslı şübhələr olduğundan Ə.Baxşıyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Barəsində həbs qətimkan tədbiri seçilib.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri