İyn
2017
16:25
12
91
2816
Virtual karabakh

“Rabitə işi”ndə müdafiə tərəfi çıxış edib

2 İyn, 2017
16:25
2816

“Rabitə işi”ndə müdafiə tərəfi çıxış edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə davam etdirilib.

Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, hakim Əfqan Hacıyevin sədrliyi keçirilən prosesdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi çıxış edərək bildirib ki, hazırda təqsirləndirilən şəxslər tərəfindən ödəmələr həyata keçirildiyindən konkret fikir söyləyə bilmir. O, ödəmələr bitənə qədər iclasın təxirə salınmasını xahiş edib.

Hakim bildirib ki, ona kifayət qədər vaxt verilib və sonda fikrini bildirə bilər.

İclasda təqsirləndirilən şəxslərdən Məhəmməd Məmmədovun vəkilləri müdafiə çıxışı ediblər. Onlar Məhəmməd Məmmədova verilən ittihamların təsdiqini tapmadığını deyiblər və barəsində bəraət hökmünün çıxarılmasını istəyiblər.

Oqtay Rüstəmov, Bayram Vəliyev və Cəlil Cəfərovun vəkilləri də çıxış edərək, onların barəsində bəraət hökmü çıxarılmasını istəyiblər.

Proses iyun 14-də davam edəcək.

Z.Q.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri