21 
İyn
2017
13:50
22
114
2768
Virtual karabakh

Vəkilləri Vidadi Zeynalova bəraət istəyiblər

21 İyn, 2017
13:50
2768

Vəkilləri Vidadi Zeynalova bəraət istəyiblər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) sabiq Aparat rəhbəri Vidadi Zeynalov, “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin keçmiş baş mühasibi Səhrab Hümbətov, həmçinin Emin Məmmədov, “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, “Optik Qurğular” İdarəsinin rəisi Namazəli Məmmədov və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Oxu.AzReport”-a istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən V.Zeynalovun vəkili Bəylər Məmişov müdafiə çıxışı edib.

O qeyd edib ki, müvəkkilinə qarşı elan olunan ittiham məhkəmə istintaqı zamanı sübuta yetirilməyib: “Vidadi Zeynalovun vəzifə səlahiyyətində nazirliyin maliyyə məsələlərinə nəzarət olmayıb. Burada da mənimsəmə ittihamının irəli sürülməsi düzgün deyil. Axı hüquqlarını müdafiə etdiyim şəxs maddi-məsul şəxs olmayıb. Vidadi Zeynalovun barəsində bəraət hökmünün çıxarılmasını tələb edirəm”.

Daha sonra vəkil V.Zeynalov tərəfindən dövlətə vurulmuş ziyan kimi 4 milyon 200 min manat ödənildiyi barədə qəbzi məhkəməyə təqdim edib.

Həmçinin sabiq Aparat rəhbərinin digər vəkili Elxan Süleymanlı da çıxış edib. Müdafiəçi də çıxışında V.Zeynalovun barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Təqsirləndirilən B.Hüseynovun vəkili Vilayət Nadirov isə çıxışında söyləyib ki, müvəkkili vurulmuş ziyanı tam ödəyib: “Buna görə, Beytulla Hüseynov azadlığa buraxılmalıdır”.

Məhkəmənin növbəti iclası iyulun 5-nə təyin edilib.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri