12 
İyl
2017
12:34
18
57
2871
Virtual karabakh

“Rabitə işi” yekunlaşır: Son sözə bir həftə qaldı

12 İyl, 2017
12:34
2871

“Rabitə işi” yekunlaşır: Son sözə bir həftə qaldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi bitmək üzrədir.

Oxu.Az-ın məlumatına görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə vəkillərin son çıxışı dinlənilib.

Hakim növbəti məhkəmə prosesinin 19 iyula təyin edildiyini elan edib. Bu 2 ilə yaxındır davam edən məhkəmə prosesinin son iclası olacaq.

Qeyd edək ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) həbsdə olan sabiq aparat rəhbəri Vidadi Zeynalov dövlətə vurduğu ziyanın - 7 milyon 335 min manatın hamısını ödəyib. 

Dövlət ittihamçısı təqsirləndirilən B. Hüseynovun 15 il, V. Zeynalovun 14 il, A. Mustafayevin 8 il, Q. Bəybalayevin 10 il, E. Məmmədovla N. Məmmədovun hər birinin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. O, təqsirləndirilən şəxslərdən M. Məmmədov, C. Cəfərov, S. Hümbətov, B. Vəliyev və O. Rüstəmovun isə hər birinin 5 il 11 ay 11 gün müddətinə şərti olaraq azadlıqdan məhrum olunmalarını tələb edib.

 

Zülfiyyə Qurbanova
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri