27 
Mar
2024
13:32
115
20
1901
Virtual karabakh

Ərini baltalayan qadın məhkəmə zalında həbs edildi

27 Mar, 2024
13:32
1901

Ərini baltalayan qadın məhkəmə zalında həbs edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda ərini öldürməyə cəhddə təqsirləndirilən Lalə İmaşovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Lalə İmaşova 9 il azadlıqdan məhrum edilib. İstintaq və məhkəmə dövründə polis nəzarətində olan qadın məhkəmə zalında həbs edilib.

Xatırladaq ki, hadisə keçən il yanvarın 21-də paytaxtın Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisində yerləşən evlərin birində qeydə alınıb.

İttihama görə, Lalə İmaşova əri Ceyhun İmaşovla mübahisə edib. Daha sonra qadın baltanın kəsici hissəsi ilə ərinin baş nahiyəsinin arxa hissəsindən iki dəfə zərbə vurub. Nəticədə Ceyhun İmaşov ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

L.İmaşova barəsində Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi ittiham elan olunub.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri