29 
Mar
2024
11:48
35
5
768
Virtual karabakh

Dələduzluqda təqsirləndirilən politoloq apellyasiya şikayəti verib

29 Mar, 2024
11:48
768

Dələduzluqda təqsirləndirilən politoloq apellyasiya şikayəti verib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyev barəsində olan hökmdən apellyasiya şikayəti verib.

“Report”un məlumatına görə, şikayət Bakı Apellyasiya Məhkəməsinə təqdim edilib və C.Fərzəliyev barəsində bəraət hökmünün çıxarılması istənilib.

İş Bakı Apellyasiya Məhkəməsinin hakimi Ziya Şirinovun sədrliyi ilə araşdırılacaq.

Xatırladaq ki, Cəbrail Fərzəliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarına əsasən, 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, iş üzrə "Paşabank" ASC və Azərbaycan Respublikasının Gənclər Fondu zərərçəkmiş kimi tanınıb. Cəbrail Fərzəliyev 385 min manat Gənclər Fonduna, 342 min manat isə "Paşabank"a qarşı mənimsəmədə ittiham olunur.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla), 179.3.2-ci (mənimsəmə və ya israf etmə külli miqdarda törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Cəbrail Fərzəliyev politoloq kimi fəaliyyət göstərib. O, həmçinin 2018-ci ildə Gənclər Fondunun maliyyə dəstəyi ilə 8-ci qrant müsabiqəsinin qalibi olub.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri