29 
Mar
2024
12:24
9
56
772
Virtual karabakh

Çilingər ona söyüş söyən sərxoş qonşusunu bıçaqladı

29 Mar, 2024
12:24
772

Çilingər ona söyüş söyən sərxoş qonşusunu bıçaqladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Sənan Quliyevin (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə hökm oxunub. 

Məhkəmənin hökmü ilə ona şərti cəza verilib.

İttihama görə, hadisə 2023-ci il avqustun 6-da saat 22:30-da Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən binaların birinin qarşısında qeydə alınıb.

Belə ki, 2000-ci il təvəllüdlü Sənan Quliyev qonşusu, zərərçəkmiş Ələmdar Səfərovla (soyadı şərti) mübahisə edib. Mübahisəyə səbəb isə sərxoş vəziyyətdə olan zərərçəkmişin təqsirləndirilən şəxsin ünvanına nalayiq söyüşlər söyməsi olub. Bu zaman Sənan üzərində olan cib bıçağı ilə qəsdən Ələmdarın qarın nahiyəsinə bir dəfə zərbə vuraraq, ona xəsarət yetirib.

Hadisədən sonra Sənan Quliyev saxlanılıb və barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Sənan Quliyev dövlət qurumlarının birində təmir sexində çilingər vəzifəsində işləyir.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri