29 
Yan
2014
10:30
25
4
6503
Virtual karabakh

Leyla Vəkilova – 87 - Foto

29 Yan, 2014
10:30
6503

Leyla Vəkilova – 87 - Foto

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

31 dekabr 1967-ci ildə SSRİ xalq artisti fəxri adı ilə təltif olunub.

Bu gün Azərbaycanın milli balet sənətinin əfsanəvi və klassik dühası, Respublikanın Xalq Artisti Leyla Vəkilovanın doğum günüdür.

Oxu.Az xəbər verir ki, Leyla Məhəd qızı Vəkilova 1927-ci il yanvar ayının 29-da Bakıda doğulub. Səkkiz yaşında Bakı Xoreoqrafiya Məktəbinə gedib. Əvvəlcə Ədilə Almaszadənin, son siniflərdə isə görkəmli balet ustası və pedaqoq Qəmər xanım Almaszadənin rəhbərliyi ilə sənətin incəliklərinə yiyələnib. 1943-cü ildə məktəbi uğurla bitirən aktrisa Azərbaycan Dövlət Opera və Balet Teatrının balet truppasına solist götürülüb. 1945-1946-cı illərdə ixtisas səriştəsini təkmilləşdirmək, sənətkarlıq qabiliyyətini formalaşdırmaq məqsədi ilə iki il dünya şöhrətli Moskva Xoreoqrafiya Məktəbində xüsusi kurs keçib. Bakıya qayıdaraq Opera və Balet Teatrının aparıcı balet aktrisası olub. Tezliklə o, repertuarın ən sanballı balet tamaşalarında qadın qəhrəmanların partiyalarını ifa etməyə başlayıb. Onun zəngin yaradıcılığının ən parlaq yaradıcılıq qələbələrini təmin edən obrazlar dünya balet ulduzlarının da əsas repertuarlarını təşkil edir.

Leyla xanım müxtəlif illərdə teatrın səhnəsində Gülyanaq (“Qız qalası”, Əfrasiyab Bədəlbəyli), Odetta-Odilliya, Avrora, Mulla (“Sonalar gölü”, “Yatmış gözəl” və “Şelkunçik”, Pyotr Çaykovski), Pao Xoa (“Qırmızı lalə”, Reynqard Qlier), Kitri (“Don Kixot” Lüdviq Minkus), Laurensiya (“Laurensiya”, Aleksandr Kreyn), Zarema (“Bağçasaray fəvvarəsi”, Boris Asafyev), Gülşən (“Gülşən”, Soltan Hacıbəyov), Aişə, Sari (“Yeddi gözəl” və “İldırımlı yollarla”, Qara Qarayev), Şirin (“Məhəbbət əfsanəsi”, Arif Məlikov), Jizel (“Jizel”, Adolf Adan), Malvina (“Qızıl açar”, Boris Zeydman), Qaraca qız (“Qaraca qız”, Əşrəf Abbasov) partiyalarını ifa edib.

Azərbaycan milli balet sənətinin tərəqqisində və təkamülündə, beynəlxalq aləmdə tanınmasında göstərdiyi böyük xidmətlərə görə Leyla xanım Vəkilova 30 aprel 1955-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti, 26 aprel 1958-ci ildə xalq artisti, 31 dekabr 1967-ci ildə SSRİ xalq artisti fəxri adları ilə təltif olunub.

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri