Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Nisə Qasımova: Hər gün onun üçün ağlayıram – VİDEO
“ARB TV”-nin “Ömrün fəsilləri” proqramının qonağı Xalq artisti Nisə Qasımova olub.
Oxu.Az xəbər verir ki, müğənni dünyasını dəyişən anasından danışarkən qəhərlənib.
“Anamı itirəndən sonra hər gün yanıram, ağlayıram. İndi də ürəyim bərk sancır. Məclislərdən birində həmkarlarımdan biri demişdi ki, əşi, ölüb-ölüb də. Hamının anası ölür. Amma elə deyil, əzizim. Mən buradan ona demək istəyirəm ki, qulağını yaxşı aç və eşit. Sən və sənin kimilərinin duruşundan bəllidir ki, ananın qədrini nə uşaq vaxtından, nə dünyasını dəyişəndən, nə də ana olandan sonra bilmisən. Xahiş edirəm, heç vaxt deməyin ki, anası 85 yaşında öldü, ömrünü yaşadı. 105, 119 yaşında sağ olan analar var. Övladları ona yaxşı baxırlar. Bu övladların mən qadasını alım”, - deyən ifaçı göz yaşlarına boğulub.
A.S.
www.oxu.az
"Nisə Qasımova" teqi üzrə xəbərlər
- Heydər Əliyev Mərkəzinin parkında "Yay Festivalı" bağlanış konserti olacaq
- Oğlu ilə eyni gündə fəxri ad alan Xalq artisti: "Bəyəm bilmirlər ki, belə bir ansambl olub?"
- Ruha və qəlbə toxunan mahnılar: İllər keçsə də, sevilən bəstəkarın ahəngi qulaqlardan silinmir
- Xalq artisti Nisə Qasımovanın doğum günüdür - VİDEO
- Sibel Can bəstəkarımızın mahnısını oğurladı: Ailəsi müğənnidən təzminat alacaq? - VİDEO
Rəylər