25 
İyl
2014
12:17
49
4
1276
Virtual karabakh

Kaliforniyada Qara Qarayevin “Yeddi gözəl” baletinin premyerası olacaq

Balet ilk dəfə 1952-ci ildə səhnələşdirilib.

Kaliforniyada görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin “Yeddi gözəl” baletinin premyerası olacaq.

Oxu.Az-ın məlumatına görə, Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan AzərTAc-a bildiriblər ki, bu il oktyabrın 11-də təqdim olunacaq balet San-Diyeqo Teatrının ansamblı tərəfindən ifa ediləcək.

Grossmont simfonik orkestri tərəfindən müşayiət olunacaq baletin premyerası Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və ölkəmizin Los-Ancelesdəki baş konsulluğunun dəstəyi ilə təşkil olunur.

Balet ilk dəfə 1952-ci ildə Qara Qarayev tərəfindən dahi Azərbaycan şairi Nizami Gəncəvinin eyniadlı əsəri əsasında səhnələşdirilib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri