Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Kaliforniyada Qara Qarayevin “Yeddi gözəl” baletinin premyerası olacaq
Kaliforniyada görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin “Yeddi gözəl” baletinin premyerası olacaq.
Oxu.Az-ın məlumatına görə, Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan AzərTAc-a bildiriblər ki, bu il oktyabrın 11-də təqdim olunacaq balet San-Diyeqo Teatrının ansamblı tərəfindən ifa ediləcək.
Grossmont simfonik orkestri tərəfindən müşayiət olunacaq baletin premyerası Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və ölkəmizin Los-Ancelesdəki baş konsulluğunun dəstəyi ilə təşkil olunur.
Balet ilk dəfə 1952-ci ildə Qara Qarayev tərəfindən dahi Azərbaycan şairi Nizami Gəncəvinin eyniadlı əsəri əsasında səhnələşdirilib.
"Qara Qarayev" teqi üzrə xəbərlər
- "Şəhid övladlarının incəsənət akademiyası" layihəsinin bağlanış mərasimi keçirilib
- Görkəmli bəstəkar Qara Qarayevin doğum günüdür
- Sürücülərin Ziya Bünyadov və Qara Qarayev prospektlərinin kəsişməsində qarşılaşdıqları PROBLEM
- "Sevinc Mall" ticarət mərkəzinin açılışı baş tutub
- Bakıda evdən çürümüş qadın meyiti tapıldı