17 
Noy
2014
16:28
2
16
2694
Virtual karabakh

“Turkvision - 2014”də təmsilçimiz Elza Seyidcahanın bəstəsi ilə çıxış edəcək - FOTO

17 Noy, 2014
16:28
2694

“Turkvision - 2014”də təmsilçimiz Elza Seyidcahanın bəstəsi ilə çıxış edəcək - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Final noyabrın 21-də baş tutacaq.

Xəbər verdiyimiz kimi noyabrın 19-dan 20-dək Tatarıstanın paytaxtı Kazan şəhərində “Turkvision - 2014” Beynəlxalq televiziya müsabiqəsi keçiriləcək.

Oxu.Az xəbər verir ki, Azərbaycandan 5 nəfərlik heyət - əməkdar artist, Bəstəkarlar İttifaqının üzvü Elza Seyidcahan, təmsilçimiz Elvin Ordubadlı, “Azərbaycanın Səsi” layihəsinin baş prodüseri Sübhanə İskəndərova, əməkdar artist, xareoqraf Nailə Məmmədzadənin tələbələri Anar və Veronika hal-hazırda Kazan şəhərindədirlər.

Elza Seyidcahan Oxu.Az-a müsahibəsində bildirib ki, təmsilçimiz musiqisi Elza Seyidcahana, sözləri Ayşə Birgül Yılmaza aid olan “Divlərin yalnızlığı” adlı mahnı ilə 21-ci nömrə altında çıxış edəcək. Bəstənin aranjimanını Yaşar Baxış edib. Musiqidə milli alətimiz tardan istifadə olunub.

Qeyd edək ki, final noyabrın 21-də baş tutacaq.

Məlumat üçün bildirək ki, bu il “Türk dünyasının qızıl səsi” adı uğrunda Türkiyə, Qazaxıstan, Azərbaycan, Qırğızıstan, Özbəkistan, Tatarıstan, Tuva, Başqırdıstan, Türkmənistan, Gürcüstan, Moldova, Ukrayna, Makedoniya, Krımdan və digər ölkələrdən 24 müğənni mübarizə aparacaq.


Aytən Sadıqzadə

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri