Azərbaycanda yanacaqdoldurma məntəqələrində (YDM) Aİ-98 markalı benzinin qiyməti 1,5 manatdan 1,03 manatadək azalıb.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, bu barədə ölkədə ən iri YDM operatorları olan SOCAR və “Azpetrol” şirkətlərindən bildirilib.
Digər benzin markalarının qiymətləri dəyişməz qalır.
Qeyd edək ki, Aİ-98 markalı benzin Azərbaycanda istehsal olunmur, xaricdən idxal edilir. (Trend)