23 
Sen
2014
17:25
70
7
2713
Virtual karabakh

Azərbaycanın yeddi rayonunda yeni günəş elektrik stansiyası tikiləcək

23 Sen, 2014
17:25
2713

Azərbaycanın yeddi rayonunda yeni günəş elektrik stansiyası tikiləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ya bu ilin sonunda, yaxud gələn ilin əvvəlində bu layihələrin təməli qoyulacaq”.

Azərbaycanın Yeni Yaşma adlanan ərazisində yeni külək stansiyası istifadəyə veriləcək.

Oxu.Az APA-Economics-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin rəhbəri Akim Bədəlov bildirib.

Onun sözlərinə görə, artıq bu stansiyasının tikintisi başa çatıb və hazırda orada müvafiq Dövlət Komissiyası çərçivəsində yoxlama işləri aparılır.

“Yaxın günlərdə 50 MVt gücündə olan həmin külək stansiyasının açılışını ediləcək. Növbəti mərhələdə sözügedən stansiya “Azərenerji” ASC-nin şəbəkəsinə qoşulacaq”, - deyə o bildirib.

A. Bədəlov xatırladıb ki, bu günlərdə bundan əvvəl Bakının Suraxanı rayonunda günəş elektrik stansiyasının açılışı olub. Bakının Qaradağ, Pirallahı rayonlarında və Samux rayonunda isə günəş elektrik stansiyalarının tikintisi başa çatıb.

“Hazırda orada şəbəkəyə qoşulma prosesləri gedir. Bundan əlavə, artıq 7 rayonda da günəş elektrik stansiyalarının layihələrini yekunlaşdırmaq üzrəyik. Ya bu ilin sonunda, yaxud gələn ilin əvvəlində bu layihələrin təməli qoyulacaq”, - deyə o bildirib.

www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri