XİN 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
31 mar, 2026 / 08:40 415

XİN 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb

Siyasət
Dipfeyk təhlükəsi və regional gərginlik: Azərbaycan hansı çağırışlarla üz-üzədir? - VİDEO Video
01 mar, 2026 / 23:36 1823

Dipfeyk təhlükəsi və regional gərginlik: Azərbaycan hansı çağırışlarla üz-üzədir? - VİDEO

Siyasət
Həm deportasiya, həm də soyqırımının şahidi olmuş şəxs Xocalıda gördüyü dəhşətləri danışdı Müsahi̇bə   Foto
01 mar, 2026 / 17:32 838

Həm deportasiya, həm də soyqırımının şahidi olmuş şəxs Xocalıda gördüyü dəhşətləri danışdı

Cəmiyyət
Sükutun danışdığı Xocalı Soyqırımı Memorialı - VİDEO Video
28 fev, 2026 / 02:16 709

Sükutun danışdığı Xocalı Soyqırımı Memorialı - VİDEO

Cəmiyyət
Xocalı soyqırımı Ukraynada yad edildi - VİDEO Video
26 fev, 2026 / 22:48 413

Xocalı soyqırımı Ukraynada yad edildi - VİDEO

Cəmiyyət
Xocalı barədə gizlədilən gerçəklər: Erməni mənbələrindən üzə çıxan faktlar - VİDEO Video
26 fev, 2026 / 21:48 2232

Xocalı barədə gizlədilən gerçəklər: Erməni mənbələrindən üzə çıxan faktlar - VİDEO

Siyasət
İlham Əliyevin sosial şəbəkə hesablarında onun Xocalı Soyqırımı Memorialının açılışında iştirakı ilə bağlı video paylaşılıb Video
26 fev, 2026 / 21:16 1021

İlham Əliyevin sosial şəbəkə hesablarında onun Xocalı Soyqırımı Memorialının açılışında iştirakı ilə bağlı video paylaşılıb

Siyasət
Xocalıda soyqırımı qurbanlarının xatirəsinə həsr olunan fləş-mob keçirilib - FOTO + VİDEO Foto   Video
26 fev, 2026 / 20:46 478

Xocalıda soyqırımı qurbanlarının xatirəsinə həsr olunan fləş-mob keçirilib - FOTO + VİDEO

Cəmiyyət
Xocalı faciəsinin yaddaşlara həkk olan siması: "Ərimi gözümün önündə güllələdilər" - VİDEO Video
26 fev, 2026 / 20:36 1075

Xocalı faciəsinin yaddaşlara həkk olan siması: "Ərimi gözümün önündə güllələdilər" - VİDEO

Cəmiyyət
Əsgəranda mühasirəyə alınan 13 gənc: Onların acı taleyi filmə köçürüldü - VİDEO Video
26 fev, 2026 / 20:12 737

Əsgəranda mühasirəyə alınan 13 gənc: Onların acı taleyi filmə köçürüldü - VİDEO

Cəmiyyət
Tbilisidə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan sərgi və film nümayişi keçirilib Foto   Video
26 fev, 2026 / 19:20 258

Tbilisidə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan sərgi və film nümayişi keçirilib

Cəmiyyət
Xocalı faciəsinin şahidi: "13 yaşlı qızın ayaqlarını dizdən kəsdilər" - VİDEO Video
26 fev, 2026 / 19:00 1415

Xocalı faciəsinin şahidi: "13 yaşlı qızın ayaqlarını dizdən kəsdilər" - VİDEO

Cəmiyyət

"Xocalı soyqırımı" teqi üzrə xəbərlər

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri keçmiş SSRİ ordusunun 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum ediblər.

Şəhərin 2 500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Ermənilər isə dinc sakinləri gülləbaran ediblər.

Erməni təcavüzkarların Azərbaycan xalqına qarşı törətdikləri növbəti kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyub. 1 275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 475 nəfər şikəst olub. Səkkiz ailə bütünlüklə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

Xocalı qətliamı Ermənistanın uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi planlaşdırılmış etnik təmizləmə və təcavüz siyasətinin tərkib hissəsi idi. Soyqırımının törədilməsinə görə Ermənistanın ozamankı siyasi-hərbi rəhbərliyi məsuliyyət daşıyır.

Ermənistanın azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımı, eləcə də Bağanıs Ayrım, Qaradağlı, Ağdaban və Başlıbel qətliamları ilə müşayiət olunan hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizə qədəri işğal edildi, 20 min vətəndaşımız qətlə yetirildi, 50 min nəfərdən artıq adam yaralandı və əlil oldu. Azərbaycan böyük humanitar fəlakətlə üz-üzə qaldı.

1994-cü ildə ozamankı Prezident Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis "26 Fevral - Xocalı Soyqırımı Günü haqqında" xüsusi qərar qəbul edib. Sənəddə hadisənin başvermə səbəbləri və günahkarları təfsilatı ilə açıqlanıb.

Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə "Ana harayı" adlı abidə ucaldılıb.

2020-ci ilin sentyabr-noyabr aylarında 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabr ayında birgünlük lokal xarakterli antiterror əməliyyatında Azərbaycan Ordusunun rəşadəti və qəhrəmanlığı sayəsində tarixi torpaqlarımız, o cümlədən Xocalı rayonu işğaldan azad olundu və 2023-cü il oktyabrın 15-də Xocalıda Azərbaycan Bayrağı ucaldıldı.

Ermənistanın daim mülki əhalini hədəf seçən təxribatlarına və hərbi təcavüzünə cavab olaraq, 2020-ci il sentyabrın 27-də Azərbaycan xalqı əzəli torpaqlarının işğaldan qurtarılması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinin yerinə yetirilməsi və tarixi ədalətin bərpa edilməsi uğrunda Vətən müharibəsinə qalxdı.

Haqq səsimizin dünyaya çatdırılması və Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması üçün ötən illər ərzində məqsədyönlü fəaliyyət göstərilib, 2008-ci ildən isə bu fəaliyyət "Xocalıya ədalət" beynəlxalq kampaniyası ilə geniş vüsət alıb. Hazırda Xocalı soyqırımı bir sıra ölkələr tərəfindən tanınıb və faciəyə beynəlxalq siyasi qiymət verilib.

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xocalının azad edilməsindən sonra oraya səfərləri, sakinlərlə görüşləri zamanı Xocalı soyqırımını heç vaxt unutmayacağımızı bildirib, Xocalını yenidən dirçəldəcəyimizi söyləyiblər.

İndi Xocalıda bərpa-quruculuq işləri aparılır, 2024-cü ilin may ayından etibarən sakinlərin doğma yurdlarına qayıtmasına başlanılıb.

Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksi yaradılacaq.

Xocalı getdikcə inkişaf edəcək, çiçəklənəcək, yeni nəsillər daha firavan yaşayacaqlar. Azərbaycan xalqı isə heç bir vaxt Xocalı faciəsini unutmayacaq.