Fevralın 26-da Xocalı şəhərində Xocalı faciəsinin 34-cü ildönümü ilə bağlı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş fləş-mob keçirilib.
Oxu.Az xəbər verir ki, Xocalı şəhər 1 nömrəli tam orta məktəbin şagirdlərinin iştirakı ilə baş tutan anım aksiyası zamanı faciə qurbanları yad edilib, soyqırımı zamanı həyatını itirmiş 63 uşağın xatirəsinə 63 şam yandırılıb. Şagirdlər əllərində şam heç vaxt böyüməyən 63 uşağın adını səsləndirərək, onları doğma torpaqda anıblar.
fləş-mob, şagirdlərin "Xocalı azaddır!" və "Xocalını unutmadıq!" şüarları səsləndirərək, bu gün yenidən qurulan, uşaq gülüşləri ilə dolan, doğma sakinlərinin nəfəsi ilə isinən Xocalıya həsr olunmuş "Ay Xocalı" mahnısının sədaları altında düzülərək, "Xocalı" sözünü yazıb, qurbanları yad etməklə başa çatıb.