Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Gələn il səhiyyəyə 770 milyon manat vəsait ayrılacaq
2015-ci ildə səhiyyənin maliyyələşdirilməsi üçün nəzərdə tutulan xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 2014-cü illə müqayisədə 0,1 faiz-bənd artaraq 3,7 faiz olacaq.
Oxu.Az xəbər verir ki, Maliyyə Nazirliyindən verilən məlumata görə, səhiyyə xərcləri üçün 2015-ci ilin dövlət büdcəsində 777,7 milyon manat, 2014-cü illə müqayisədə 52,1 milyon manat və yaxud 7,2 faiz, 2013-cü ilin faktiki icra göstəricisinə nisbətən 158,7 milyon manat və ya 25,6 faiz çox vəsait ayrılıb.
“Dövlət vəsaitlərinin idarə edilməsində səmərəliliyin daha da artırılması və xərclərin məqsədyönlüyünün təmin edilməsi üçün 2015-ci ildən başlayaraq rayon və şəhərlərin yerli xərclərində nəzərdə tutulan dərman, sarğı ləvazimatlarının və materiallarının alınması xərci dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin “Səhiyyə” xərcləri bölməsində Səhiyyə Nazirliyinin xərclərində proqnozlaşdırılıb.
2015-ci ilin dövlət büdcəsində dərman, sarğı ləvazimatları və materiallarının alınması xərc maddəsi üzrə proqnozlaşdırılmış 209,3 milyon manat vəsait 2014-cü illə müqayisədə 32,4 milyon manat və ya 18,3 faiz çoxdur”, - məlumatda deyilir.
Gülnarə Zeynalova
www.oxu.az
"Maliyyə Nazirliyi" teqi üzrə xəbərlər
- Azərbaycanın dövlət borcu AÇIQLANDI
- COP29 çərçivəsində mühüm razılaşmalar imzalanıb
- Müdafiə Nazirliyinin 9 milyon manat mənimsəyən sabiq vəzifəli şəxsinə 10,5 il həbs cəzası verilib
- Azərbaycanda "Sektorlar üzrə strateji planların hazırlanması Qaydası" təsdiq olunub
- Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaqda ittiham olunan şəxsə HÖKM OXUNDU