İyl
2015
20:30
64
26
1947
Virtual karabakh

SOCAR dizel yanacağı ixracını kəskin azaltdı

2 İyl, 2015
20:30
1947

SOCAR dizel yanacağı ixracını kəskin azaltdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şirkət iyun ayının göstəricilərini açıqladı.

Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2015-ci ilin iyun ayında 11 min 222 ton dizel yanacağı ixrac edib.

Bu da 2015-ci ilin may ayının göstəricisindən 82 min 269 ton ton və ya 88% azdır. 

Bu barədə Oxu.Az-a SOCAR-dan bildirilib. 

Şirkət qeyd edir ki ümumilikdə, 2015-ci ilin yanvar-iyun ayları ərzində 491 min 855 ton dizel yanacağı, 103 min 509 ton təyyarə yanacağı və 178 ton soba mazutu ixrac edilib. 

SOCAR həmçinin benzin, təyyarə yanacağı, dizel yanacağı, kükürdlü yanacağın qiyməti barəsində də məlumat yayıb. 

Belə ki, 2015-ci ilin iyun ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün)-688,92 dollar, təyyarə yanacağının-576,85 dollar, dizel yanacağının-561,82 dollar, 1% kükürdlü mazutun qiyməti 331,98 dollar təşkil edib. 

Xatırladaq ki, 2015-ci ilin may ayında 93 min 491 ton dizel yanacağı və 15 min 863 ton təyyarə yanacağı ixrac edilib. Aprel ayında isə SOCAR 102 min 531 ton dizel yanacağı və 23 min 834 ton təyyarə yanacağı ixrac etmişdi.

2015-ci ilin may ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün)-669,34 dollar, təyyarə yanacağının-596,71 dollar, dizel yanacağının-593,68 dollar, 1% kükürdlü mazutun qiyməti 346,79 dollar olmuşdu. 

Onu da əlavə edək ki, şirkətin prezidenti Rövnəq Abdullayev Oxu.Az-a bildirmişdi ki, Avropa Oyunları ilə əlaqədar ixrac azalıb.

“Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) neft məhsulları ixracını bir qədər azaldıb. Bilirsiniz ki, iyun ayının 12-də Avropa Oyunları start götürür. Ölkədə yanacağa böyük tələbat var. Və biz həmin tələbatı ödəmək üçün ixracı bir qədər azaltdıq ki, anbarlarda yanacaq ehtiyatı çox olsun” - deyə, o qeyd etmişdi.

Ülviyyə R. Əli
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri