Avq
2015
17:07
49
11
1104
Virtual karabakh

Bakı-Tiflis-Ərzurumda partlayış Gürcüstan üçün təhlükə doğurmur

4 Avq, 2015
17:07
1104

Bakı-Tiflis-Ərzurumda partlayış Gürcüstan üçün təhlükə doğurmur

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Boru kəməri boş olub”.

Bakı-Tiflis-Ərzurum qaz kəmərində baş verən partlayış Gürcüstanın qaz ilə təmin edilməsinə təsir etmir.

Oxu.Az “Qruziya-onalyn”a istinadən xəbər verir ki, bu barədə bu gün Gürcüstan energetika nazirinin müavini Məryəm Valişvili bəyan edib.

“Bu, Türkiyə ərazisində, Qars vilayətində baş verib və bizim boru kəmərində əməliyyatlar aparmağımıza təsir etmir. Bundan başqa, bu iki gün ərzində boru kəməri boş olub, belə ki, planlaşdırılmış təmir işləri aparılırdı və müvafiq olaraq boru kəməri qaz təchizatını təmin etmirdi. Ona görə də heç bir sahədə bu, təhlükə doğurmur”, - Valişvili bəyan edib.

Onun sözlərinə görə, bərpa işləri avqustun 22-nə qədər davam edəcək.

“Biz bu işlər üçün avqust ayından istifadə edirik. 23 avqustdan Şahdəniz yenidən yüklənəcək. Mən əminəm ki, o vaxt üçün qəza sahəsi də bərpa ediləcək və ayın sonunda boru kəməri plan işlərinin cədvəlinə müvafiq olaraq hazır olacaq”, - Valişvili bildirib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri