Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Azərbaycanda bu saytlara giriş qadağan olunur
Azərbaycanda bir neçə media qurumunun saytının bloklanması üçün məhkəməyə müraciət olunub.
Oxu.Az-ın Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, bu barədə hüquqşünas Xalid Ağaliyev məlumat verib.
O bildirib ki, Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi Azadlıq qəzetinin azadlıq.info, Azadlıq radiosunun azadlıq.org, azərbaycansaatı.com, Meydan.tv saytlarını, “Turan” telekanalı (Turan TV) və “Azərbaycan saatı” teleproqramlarının bloklanması ilə bağlı Səbail Rayon Məhkəməsinə müraciət edib.
Məhkəmə prosesi aprelin 27-si saat 11:20-də başlayacaq.
S.B.
www.oxu.az
"Azərbaycan" teqi üzrə xəbərlər
- Azərbaycan Rusiyaya min tona yaxın kərə yağı ixrac edib
- Ermənistanda Azərbaycan dilində oxunan "Qarabağ" mahnısına görə cinayət işi açıldı
- Azərbaycan qaz tranziti sxeminə daxil edilir
- Ankara bəyannaməsi: Türk dünyası üçün yeni əməkdaşlıq mərhələsi
- Səhiyyə sistemi ilə bağlı 15-ə yaxın sənəddə PROBLEM var
Rəylər