20 
May
2014
16:10
108
16
11353
Virtual karabakh

Şəhriyar Abbasov: Satqın insanlar gözümün düşmənidir – MÜSAHİBƏ + FOTO

20 May, 2014
16:10
11353

Şəhriyar Abbasov: Satqın insanlar gözümün düşmənidir – MÜSAHİBƏ + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Zaxaryanın qalib olmaq arzusu ürəyində qaldı”.

Oxu.Az-ın “Oyundan kənar” rubrikasının növbəti qonağı MMA üzrə dünya və Avropa çempionu, Azərbaycan Fight klubunun prezidenti, Azərbaycan Pankration Grappling Federasiyasının vitse-prezidenti, Beynəlxalq CEFC liqasının vitse-prezidenti Şəhriyar Abbasovdur.

- Ciddiliyi və səbirli görkəmi ilə seçilən Şəhriyar Abbasov kimdir?

- Mən, Şəhriyar Abbasov 1981-ci ildə Xocavənd rayonunun Qaradağlı kəndində anadan olmuşam. Uşaqlığım Xocavənddə keçib. Bir müddətdən sonra atamın işi ilə əlaqədar Rusiyanın Saratov şəhərinə köçdük. Bağçaya, həmçinin məktəbə də orda davam etmişəm. 1989-cu ildə isə Bakıya köçdük.

- Ailədə səndən başqa idmanla məşğul olan var?

- Bəli, qardaşım ­­Bəxtiyar Abbasov məşğul olur. Biz iki qardaş həmişə idmana marağımız olub. İdmana idman kimi baxmışıq, başqa məqsədlər güdməmişik. Bizi yaxından tanıyanlar necə insan olduğumuzu bilirlər.

- Qardaşın idmana başlayandan müəllimi sən olmusan?

- Bəli, həm tələbəmdi, həm də qardaşım. Deməli, cüdoyla, samboyla məşğul olub, daha sonra qaydasız döyüşlə davam edib. Avropa və dünya çempionudur. Bu yaxınlarda, yəni mayın 30-da Sinqapurda möhtəşəm yarış olacaq və gecənin döyüşçüsü Bəxtiyar olacaq. Bu döyüş çox əhəmiyyətli döyüşdü və buna görə də istər-istəməz gərginlik keçiririk. İnsan bir işdə məsuliyyətli olanda onun nəticəsi də olur. Mən işimdə məsuliyyəti, düzgünlüyü sevən adamam.

- 2010-cu ildə Rusiyada keçirilən realiti şouda qalib olmuşdun. Oranın ab-havası necə idi? Kənardan göründüyü kimi idi?

- Bəli, bizim idman, yəni MMA üzrə idmanı təmsil edirdim. Maraqlı və ciddi realiti-şou idi. Dağıstandan, Ukraynadan, Belarusiyadan, Moldovadan idmançılar var idi və Azərbaycandan da mən iştirak edirdim.

- Nə ilə fərqlənirdilər? Yeri, məkanı necə idi? Kimlə yola gedirdiz və kimlə yola getmək, münasibət qurmaq çətin idi?

- Məkan otel idi. Hamısı idmançılar idi və çox güclü idmançılar var idi. Hər yarışmanın özünə aid özəl fərqliliyi var, amma bu yarışmada güclü idmançılar iştirak edirdi və boş vaxt olmurdu, günün çox hissəsini nə iləsə məşğul idin. Adi rəqslərə kimi öyrədilirdi, idmanın başqa növləri – bowling, tennis, rəqslər, üzgüçülüklə məşğul olurduq. Fərqliliyə qalanda isə əksinə, onlar bizə fərqli yanaşırdılar və bizi güclü tanıyırdılar. Deməli, orda çeçen idmançı Xasıxanovla sözüm çəp gəldi. Canlı efirdə dedim ki, mən ona uduza bilmərəm, qalib olacam. Yox, əgər uduzsam gedib rəqslə məşğul olacam. Nəticədə təbii ki, çempion oldum.

- Məşğul olduğun idman növü haqqında bilmək istərdik.

- Qarışıq idman növlərinə aiddir. Hər idmanın özünün xüsusiyyətləri var, amma bu idman növünə isə bütün idman növlərindən fəndlər var. Azərbaycanda bu idmanla məşğul olan idmançılar mütləq yaxşı şəkildə idman edib, inkişaf etməlidirlər.

- Hal-hazırda hansı idmançılar var ki, məhz bu idmanla məşğuldurlar?

- Var, təbii ki, güclü idmançılarımız var. Məsələn, Əhəd Məmmədov, Ramin Vəliyev, Vüqar Məmmədzadə, Səbuhi Quliyev, Hikmət Haqverdiyev, Orxan Paşayev, Hüseyn Əliyev, Nəriman Abbasov, Elnar İbrahimov və komandanın kapitanı Bəxtiyar Abbasov.

- Siyasətçidən yaxşı idmançı olar, ya idmançıdan yaxşı siyasətçi?

- Yaxşı idmançı yaxşı siyasətçi ola bilər. Məsələn, deyə bilərəm Adil  Əliyevi – Kikboksinq Federasiyasının  prezidenti. Ülvi Quliyev – millət vəkili. Bu insanlar həm idmanda, həm də siyasətdə sözünü demiş insanlardır və hörmət etdiyim dostlarımdır.

- Bəs nə vaxtsa səni siyasətçi kimi görə bilərik?

- Məncə, yox, fikrim yoxdu. İdmanla başlamışam, idmanla da davam edirəm. Nə olursa olsun gördüyün işi düzgün, normal şəkildə yerinə yetirməlisən. Hansı peşə ilə məşğul olursansa ol, işini vicdanlı gör.

- Ən çətin döyüşün hansı olub?

- Deməzdim ki, çətin olub. Nəticədə döyüşə bilən adam döyüşür. Hər döyüşümdə döyüşməyi bacarmışam. Halsız, xəstə olduğum vaxtda da döyüşmüşəm ki, deməsinlər nədənsə çəkindi. Elə erməni ilə döyüşümdə də belə etdim. Nə qədər halsız olmağıma baxmayaraq, çıxıb döyüşdüm ki, deməsinlər çəkindi, özü də kimdən, ermənidən.

- Patriot deyə bilərik sənə?

- Yox, fanatizmliyi sevmirəm. Bir şeyin fanatı olmaq çox pis nəticələrə gətirib çıxarır.

Mən xalqımı, vətənimi sevən biriyəm, vətənpərvərəm. Bu sözləri söz olsun deyə demirəm, ürəyimdən, qəlbimdən gələn sözlərdi. Mən pafoslu çıxışları sevmirəm, necəyəm elə eləyəm. Bunu məni tanıyan insanlar bilir. Təəssüflər olsun ki, torpaqlarımız işğal altındadır. Mən hər dəqiqə bunu düşünürəm. İstəyərdim ki, müharibə olsun, müharibə ilə torpaqlarımızı alaq. Cənab prezident bu dəqiqə əmr versə, biz idmançılar döyüşə getməyə hazırıq.

- Hansı verilişin izləyicisisən?

- Televiziyalarda yaxşı verilişlər yoxdu. Maarifləndirici, daha sonra vətənpərvərliklə bağlı verilişlərin çox olmasını istərdim. Sonra gənclərimizə aid verilişlər olsun, təəssüf ki, bu haqda verilişlər çox azdı, aşağı səviyyədədir. Savadlı gənclərə hər zaman ehtiyac var.

- Erməni ilə döyüşünü izlədim. Maraqlı məqamlar gözümə dəydi. Özün deyəsən bəlkə?

- Deməli, Zaxaryan adlı erməni ilə döyüşə çıxırdım. Həmin gün də bunların qondarma “soyqırımı” günü idi. Müsahibə götürəndə demişdi ki, mən qalib olacam və bunu Ermənistanın “soyqırımı” gününə həsr edəcəm. Amma alınmadı, Zaxaryanın arzusu ürəyində qaldı  (gülür).

Həmin vaxt mən çox pis xəstə idim, amma o döyüşə çıxmalı idim. Və onunla döyüşə çıxdım, qalib oldum. Həmin döyüşü Rusiyanın güclü idmançısı Fedor Emelianenko və hamının gözəl tanıdığı Jean Claude Van Damme izləyirdi.

- Sənə bir tapşırıq verilsəydi ki, rəsm çək, nə və ya kimin şəklini çəkərdin?

- Əslində heç nə çəkə bilmirəm. Xüsusi əl qabiliyyətim yoxdu, amma çəksəydim mənim üçün həyatda ən əziz varlıq olan anamın şəklini çəkərdim.

- Güc, yoxsa söz?

- Hər ikisi. Hər ikisinin nəticəsi var, amma bir yerdə olanda orda güc də qalib gəlir, söz də.

- Ən çox eşitdiyiniz söz?

- Çoxu mənə özündən razısan, çox ciddisən deyir, amma tanıyandan sonra bu fikirləri dəyişmiş olur, çox səmimi, ünsiyyətcil birisiz deyirlər.

Bizim xalq döyüşən, vuruşan, güclü xalqdır. Bizim idmançılar hara getsələr, onları güclü qəbul edirlər.

- MMA-ya yanaşma necədir?

- Hal-hazırda bu idman növünə maraq böyükdür. Bu idman növü 21-ci əsrin idman növüdür. Seçim edəndə gərək insan özünə uyğun idman seçsin. Çünki hərdən elə olur ki, şahmatda uğurlu olan adamı gətirib güləşə qoyurlar, o da düz gəlmir və nəticəsi sıfır olur. Ona görə də seçimi düzgün etmək lazımdır.

- Səni nə əsəbiləşdirir?

- Satqınçılıq. Satqın insanlar gözümün düşmənidir.

Nərmin Kazımova
Foto: Müslüm Mikayılov

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müsahibə xəbərləri