31 
Yan
2017
22:19
35
325
4845
Virtual karabakh

Rusiya ombudsmanı blogger Lapşinə dəstək verdi

31 Yan, 2017
22:19
4845

Rusiya ombudsmanı blogger Lapşinə dəstək verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Tatyana Moskalkova bəyan edib ki, blogger Aleksandr Lapşinin Azərbaycana təhvil verilməsi yolverilməzdir.

Oxu.Az-ın xəbərinə görə, bu barədə ombudsmanın saytında məlumat verilir.

“Hesab edirəm ki, Rusiya və Belarus İttifaq dövlətinin ərazisindən müstəqil jurnalist Aleksandr Lapşinin Azərbaycana təhvil verilməsi yolverilməzdir”, - o qeyd edib.

Onun sözlərinə görə, RF Konstitusiyasında müəyyən edilib ki, Rusiya vətəndaşı Rusiyadan xaricə və ya digər dövlətə təhvil verilə bilməz.

“Rusiya XİN-dən və digər rəsmi qurumlardan öz mövqeyimə dəstək almışam”, - Moskalkova bildirib.

Qeyd edək ki, yanvarın 20-də yayılan məlumata əsasən, Belarus Baş Prokurorluğu blogger  Lapşin Aleksandr Valeriyeviçin Azərbaycan Respublikasının səlahiyyətli orqanlarına təhvil verilməsinə dair qərar qəbul edib.

Xatırladaq ki, A.Lapşin 2011-ci ilin aprelində və 2012-ci ilin oktyabrında Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlər edərək separatçı rejimin təbliğatı ilə məşğul olub. O, Azərbaycanın ərazi bütövlüyünə qarşı çağırışlar edib. Azərbaycan Baş Prokurorluğu onun barəsində Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2 (sərhədi qanunsuz keçmək) maddələri ilə cinayət işi qaldırıb və Lapşin beynəlxalq axtarışa verilib.

A.Lapşinin Rusiya, İsrail və Ukrayna vətəndaşlığı var. Rusiyanın xarici işlər naziri Sergey Lavrov onun həbsinə və ekstradisiyasına qarşı olduqlarını bəyan edib.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri