Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
İlham Əliyev: “Xocalı soyqırımı Ermənistan faşizminin təzahürü idi”
“Bu gün Xocalı soyqırımının 29-cu ildönümüdür. Xocalı soyqırımı Ermənistan tərəfindən Azərbaycan əhalisinə qarşı törədilmiş soyqırımıdır, cinayətdir”.
Oxu.Az-ın məlumatına görə, bunu mətbuat konfransında Azərbaycan Prezidenti İlham Əliyev bildirib.
Onun sözlərinə görə, Xocalı soyqırımı nəticəsində 613 mülki şəxs xüsusi qəddarlıqla qətlə yetirilib:
“Onlardan 106-sı qadın, 63-ü uşaq idi. Bu soyqırımını törədənlər hərbi cinayətkarlardır. Onların bir çoxu İkinci Qarabağ müharibəsində Azərbaycan ordusu tərəfindən məhv edilib. Xocalı soyqırımı Ermənistan faşizminin təzahürü idi. Ermənistan faşizmi o vaxt baş qaldırdı. 1992-ci ildən son hadisələrə qədər erməni faşizmi Azərbaycan xalqına böyük zərbə vurub. Hərbi təxribatlar, terror aktları, dinc əhaliyə qarşı qəddarlıq, şəhərlərin, kəndlərin atəşə tutulması, eyni zamanda İkinci Qarabağ müharibəsi dövründə ballistik raketlərlə şəhərlərin bombalanması erməni faşizminin təzahürüdür”.
İ.Əliyev qeyd edib ki, Xocalı soyqırımı dünya ictimaiyyəti tərəfindən tanınır:
“Ondan çox ölkə bu hadisəni soyqırımı kimi təsdiq edib. Bu proses davam edir. Bu gün dünyada Xocalı soyqırımı haqqında dolğun məlumat var”.
"Ermənistan" teqi üzrə xəbərlər
- Nikol Paşinyandan etiraf: "Mən böyük səhv etdim"
- Ermənistan Ukraynaya ordu göndərir?
- Ermənistan Yunanıstan və Kiprlə müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb
- Paşinyan: "Dəmir yolu əlaqəsinin bərpası ilə bağlı Azərbaycana təklif göndərmişik"
- Ermənistanın baş naziri: "Məhkəmələrdə Azərbaycana qarşı iddiaları geri götürməyə hazırıq"