Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Prezident: “Ermənistan üçün ən məqbul seçim 10 noyabr bəyanatının müddəalarını icra etməkdir” - VİDEO
“Müharibənin nəticələri dəyişməz olaraq qalır və qalacaq!”.
Oxu.Az-ın məlumatına görə, bunu mətbuat konfransında Azərbaycan Prezidenti İlham Əliyev bildirib.
Onun sözlərinə görə, noyabrın 10-da imzalanmış bəyanat icra edilir və tam icra edilməlidir:
“Bəyanatın müddəalarının böyük bir hissəsi artıq icra edilib. Ancaq elə məsələlər var ki, indi müzakirə mövzusudur. Ümid edirəm ki, Ermənistanda yaranmış vəziyyətə baxmayaq, noyabrın 10-da imzalanmış bəyanat icra ediləcəkdir. Əks təqdirdə Ermənistan daha da ağır vəziyyətə düşəcək. Ermənistan qarşısında seçim o qədər də böyük deyil. Onlar yeni reallıqlarla barışmalı və hesablaşmalıdırlar. Biz yeni reallıqlar yaratmışıq. 30 il ərzində bu məsələlərlə məşğul olan beynəlxalq qurumlar, ayrı-ayrı ölkələr bizə açıq, yaxud da qeyri-rəsmi mesajlar göndərirdilər ki, reallıq var. Azərbaycan müharibədə məğlub olmuş tərəfdir. Siz bu reallıqla barışın. Çalışın ki, bu reallıqdan maksimum özünüz üçün məqbul variantı seçəsiniz. Biz isə belə çağırışları rədd edirdik. Öz mövqeyimizdən bir addım belə geri durmurduq. Mən bunu açıq bəyan edirdim”.
“İndi isə mən deyirəm ki, yeni reallıq yaranıb və bu reallığı biz yaratmışıq. Bununla Ermənistan və başqa ölkələr barışmalı, hesablaşmalıdır. Ermənistanın indi bir neçə seçimi var. Onlar üçün ən məqbul seçim 10 noyabr bəyanatının müddəalarını icra etməkdir. Əks təqdirdə onlar üçün daha böyük problemlər yarana bilər”, - deyə prezident qeyd edib.
"Ermənistan" teqi üzrə xəbərlər
- İrəvan Ermənistanın Rusiyaya olan borcunun bir hissəsinin silinməsini müzakirə edir
- İranlı nazir: "İrəvandakı Göy Məscidi bərpa etməyə hazırıq"
- Nikol Paşinyandan etiraf: "Mən böyük səhv etdim"
- Ermənistan Ukraynaya ordu göndərir?
- Ermənistan Yunanıstan və Kiprlə müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb