20 
May
2021
17:45
890
21
1858
Virtual karabakh

İlham Əliyev: “İkinci Qarabağ müharibəsi vəziyyəti köklü şəkildə dəyişdi”

20 May, 2021
17:45
1858

İlham Əliyev: “İkinci Qarabağ müharibəsi vəziyyəti köklü şəkildə dəyişdi”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İkinci Qarabağ müharibəsi vəziyyəti köklü şəkildə dəyişdi”.

Oxu.Az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələrində deyib. 

O bildirib ki, İkinci Qarabağ müharibəsindən sonra regionda, Cənubi Qafqazda yeni çağırışlar, yeni gündəlik yaranıb. 

İlham Əliyevin sözlərinə görə, Azərbaycan hələ 30 illik işğal müddətində açıq şəkildə bəyan etmişdi ki, torpaqları azad olunmayınca Ermənistanla əməkdaşlıq etməyəcək.

“Düşünürəm ki, Ermənistan özü başa düşmədi ki, böyük səhvlər edir. Ermənistanda hazırkı vəziyyətə baxsaq görərik ki, vəziyyət Ermənistan müstəqil olduğu günlərdən daha da pisdir”, - deyə İlham Əliyev qeyd edib. 

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri