Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Doğuşdan sonra vəziyyəti ağırlaşan müğənni öldü – VİDEO
Başqırdıstan və Tatarıstanın ən məşhur müğənnilərindən biri, əməkdar artist, “Tuğan yak”, “Yanqış mileş” hitinin ifaçısı Vəsilə Rafizovna Fəttahova Ufada 36 yaşında vəfat edib.
Oxu.Az xəbər verir ki, bu barədə TASS-a Respublika kliniki xəstəxanasında olan mənbə məlumat verib.
“36 yaşlı müğənni ötən ilin dekabrın 27-də ikinci övladını dünyaya gətirmişdi. Doğuş çox ağır keçdiyindən o, Ufadakı Respublika Kliniki Xəstəxanasının reanimasiya bölməsinə yerləşdirilmişdi. Həkimlər 5 cərrahiyyə əməliyyatı aparsalar da, müğənnini xilas edə bilməyiblər”, - mənbə bildirib.
Başqırdıstanın Səhiyyə Nazirliyinin mətbuat katibi Svetlana Kusarbekova TASS-ın müxbirinə müğənninin ölüm faktını təsdiqləyib, amma qohumlarının icazəsi olmadan diaqnoz barədə məlumat verməyin mümkün olmadığını bildirib.
“Mədəni ictimaiyyət öz yaradıcılığı ilə müxtəlif millətləri vətənə ülvi məhəbbət hissi ilə birləşdirən müğənnini itirdi”, - Başqırdıstan Mədəniyyət Nazirliyinin mətbuat-xidmətində bildiriblər.
Aktrisa “Tuqan yak” mahnısı sayəsində populyarlıq qazanıb. Mahnı Ural Raşitov tərəfindən xüsusilə onun üçün yazılmışdı. Mahnı tatar dilində oxunsa da yalnız Başqırdıstanda deyil, bütün Rusiyada rəğbət qazanmışdı.
Kompozisiya “Büllur bülbül” estrada festivalında “Beynəlmiləl mahnı” nominasiyasında ən yaxşı mahnı hesab edilib, eləcə də “10 illiyin ən yaxşı hiti” nominasiyasında, 2008-ci ildə isə tatar mahnı festivalı “Tatar jırı”da laureat olub.
Fəttahova həmçinin “Yanqız mileş”, “Atayım” hitlərinin ifaçısıdır.
Müğənni ilə vida mərasimi yanvar ayının 28-də Ufadakı Başqırd Dövlət Filarmoniyasının binasında keçiriləcək.

"Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi" teqi üzrə xəbərlər
- Rasim Balayev: "Proseslər elə gedir ki, bizim heç nədən xəbərimiz yoxdur"
- Adil Kərimli: "İqtisadiyyatı güclü olan ölkələrdə mədəni və yaradıcı sənayeyə diqqət artır"
- Mədəniyyət Nazirliyi tərəfindən xaricdə təhsil üzrə 20 təqaüd proqramı təqdim edilib
- Rəşad Əzizov: "Film sahəsində 10 milyonlardan söhbət gedirsə, biz də bu rəqəmlərə uyğunlaşmalıyıq"
- Günay Rəhimova: "Dublyaj sənayesi ilə bağlı hazırda qanunvericilik layihəsi üzərində işləyirik"