Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

EMİN Bakıda solo-konsert proqramı ilə çıxış edəcək
Azərbaycanlı müğənni və bəstəkar EMİN dekabrın 17-də Heydər Əliyev Sarayında solo-konsert proqramı ilə çıxış edəcək.
Oxu.Az xəbər verir ki, saat 20.00-da başlayacaq konsert proqramına onun hamı tərəfindən sevilən məşhur hitləri ilə yanaşı, tamamilə yeni kompozisiyaları daxildir. Konsertdə ifaçını öz orkestri müşayiət edəcək.
Qeyd edək ki, ifaçı konsertlərini ənənəvi olaraq ilin sonunda keçirir. Belə ki, Bakıdakı konsertdən əlavə, onun dekabrın 11-də Moskvada "Crocus City Hall"da, dekabrın 15-də isə Sankt-Peterburqda "Oktyabrskiy" böyük konsert zalında konserti planlaşdırılıb.
Müğənni sosial şəbəkə səhifəsində məlumat verir ki, tamaşaçıları çoxlu yeniliklər gözləyir.
A.M.
"Bakı" teqi üzrə xəbərlər
- Evdən qaçdıqları deyilən qızlarla bağlı yeni məlumat: Üçüncüsü də TAPILDI
- Tokayev: "Bakı və İrəvan arasında sülh sazişi layihəsi danışıqlarının başa çatmasını alqışlayırıq"
- "Red Wings" aviaşirkəti Moskva və Bakı arasında müntəzəm uçuşları bərpa edir
- Bakıda zəcirvari qəza baş verdi: Bir maşın AŞDI
- Bakının hansı əraziləri fərdi yaşayış evi tikmək üçün əlverişlidir?