Apr
2017
16:31
121
523
74916
Virtual karabakh

Sevil-Sevinc bacılarının törətdiyi qəza ilə bağlı son məlumat

6 Apr, 2017
16:31
74916

Sevil-Sevinc bacılarının törətdiyi qəza ilə bağlı son məlumat

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünən Bakının mərkəzində tanınmış müğənni Sevil-Sevinc bacılarının avtomobillə yolu keçməyə çalışan piyadanı vurması hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Oxu.Az-ın Lent.az-a istinadla məlumatına görə, hadisə saat 09:20-də “Gənclər” Meydanında (Qoşa Qala qapısının yanı, Konstitusiya Məhkəməsinin qarşısı) baş verib. Sükan arxasında əkiz bacılardan 1990-cı ildə anadan olmuş Bakı şəhər sakini Səfərova Sevinc Azad qızı olub. O, idarə etdiyi “Dodge Durango” markalı, “90 UA 555” dövlət qeydiyyat nişanlı avtomobil ilə 1930-cu ildə anadan olmuş, Yasamal rayon sakini Ağayev Zöhrab Rüstəm oğlunu vurub.

Hadisə vaxtı Sevincin əkiz bacısı Sevil də yanında olub və onlar avtomobildən düşərək yaralıya kömək etməyə çalışıblar. Əkiz bacılar təcili tibbi yardım maşınını müşayiət ediblər və xəstəxanaya gəliblər.

Bu arada yol qəzası zamanı ağır xəsarət alan 87 yaşlı Zöhrab Ağayevin komaya düşməsi məlum olub. 1 saylı Şəhər Xəstəxanasına huşsuz vəziyyətdə ağır kəllə-beyin travması ilə gətirilən kişi təcili müayinə olunub. Məlum olub ki, onun beyninin sağ yarımkürəsi tamamilə əzilib və beyninə qan sızıb. Hazırda koma vəziyyətində olan yaralının həyatına təhlükə böyükdür. Sevil-Sevinc bacıları onu başqa və daha prestijli xəstəxanaya aparmaq istəsələr də, həkimlər buna icazə verməyiblər və Z.Ağayevin hazırkı şəraitdə yerindən tərpədilməsinin riskli olduğunu deyiblər.

Artıq 2 gündür ki, bacılar “Xəzər” TV-də “Hər şey daxil” verilişinə də çıxmırlar.

Faktla bağlı araşdırma aparılır. Sevinc Səfərova polisə hadisə ilə bağlı izahat verib.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri