Apr
2014
11:55
24
5
3067
Virtual karabakh

“AvtoFM” dinləyicilərə hədiyyə qazandırdı – FOTO

8 Apr, 2014
11:55
3067

“AvtoFM” dinləyicilərə hədiyyə qazandırdı – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qaliblərə “Qarant sığorta”dan hədiyyə kuponu təqdim edilib.

Novruz bayramı ərəfəsində, mart ayının 19-da 107.7- “AvtoFM”-də DJ Günel Hümbətovanın təqdimatında Azərbaycanda ilk dəfə “Şirin çay” verilişində keçirilən “Roaming Show” müsabiqəsinin qaliblərinə hədiyyələr təqdim olunub.

Oxu.Az xəbər verir ki, veriliş ərzində Novruz bayramı münasibətilə türkdilli ölkələrin dinləyiciləri ilə azərbaycanlı dinləyicilər arasında radio-körpü yaradılıb.

Müsabiqənin şərtlərinə görə öz söhbətləri ilə canlı efirdə 30 saniyədən çox qonşu ölkənin dinləyicisini telefon xəttində saxlamağı bacaran dinləyici qalib sayılmalı idi. Qalibiyyəti isə iki türk, bir özbək, bir türkmən dinləyici ilə ünsiyyət qurmağı bacaran 4 nəfər əldə edib. Həmin qaliblərin siyahısını sizə təqdim edirik:

Fəttahov Ruslan Nazim oğlu

Poladxanova Firəngiz Elbuzər qızı

Əliyeva Elnarə Ziyəddin qızı

Ağakişiyev Bəhruz Əhməd oğlu 

Qalib gələn dörd nəfər dinləyiciyə “Qarant sığorta” şirkəti tərəfindən “Qarant təmir” məhsulu üzrə beş min manat məbləğində olan “Əmlakın sığorta edilməsi” paketi təqdim edilib.

Qeyd edək ki, Azərbaycan radio efir məkanında ilk dəfə keçirilən müsabiqənin tərəfdaşı “Qarant sığorta”dır. 

“AvtoFM” əhalini yollardakı vəziyyət barədə operativ şəkildə məlumatlandırmaq, vətəndaşları birbaşa olaraq Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Sisteminin fəaliyyəti barəsində maarifləndirmək, geniş əhali kütləsini sistemlərin işləmə mexanizmini ətraflı öyrənməyə sövq etmək, NİİM-də olan məlumatları ictimaiyyətlə paylaşmaq məqsədi daşıyır.

“AvtoFM” radiosunda ənənəvi informativ və əyləncəli xarakter daşıyan proqramlar, müxtəlif janrlı musiqi nömrələri də yayımlanır.

Beləliklə, gün ərzində avto aləmdə baş verən hadisələrdən, xəbərlərdən, hit musiqilərdən və s. xəbərdar olmaq istəyirsinizsə, mütləq radio dalğalarınızı 107.7 fm tezliyində yayımlanan “AvtoFM”-ə kökləyin.

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri