10 
İyl
2017
13:03
87
23
4625
Virtual karabakh

“Vicdan haqqı”nın əməliyyat olunan aktyoru səhhəti barədə məlumat verdi

10 İyl, 2017
13:03
4625

“Vicdan haqqı”nın əməliyyat olunan aktyoru səhhəti barədə məlumat verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, Rövşən İsaxın rejissoru və ssenari müəllifi olduğu “Vicdan haqqı“ serialının İmranı, Akademik Milli Dram Teatrının aktyoru, Əməkdar artist İlham Hüseynov əməliyyat olunub.

Aktyor indiki vəziyyəti barəsində Oxu.Az-a açıqlama verib.

“3 gündür əməliyyat olunmuşam, əvvəlki günlərə nisbətən ağrılar xeyli azalıb. 2-3 gündən sonra evə yazılacağam. Ay yarım əsa ilə gəzməli olacağam. Təxminən payız aylarında isə sol çanaq oynağımda əməliyyat baş tutmalıdır. Ondan sonra, yəqin ki, əsaya ehiyacım olmayacaq”.

Qeyd edək ki, İ.Hüseynov artroz xəstəliyindən əziyyət çəkir.

Artroz - oynaqların qığırdaq səthlərinin müxtəlif səbəblərdən zədələnməsi, oynaq boşluğunda oynaq mayesinin azalması, yaranmış nahamarlıqlar kimi şikayətlərin yaranmasına səbəb olur. Normada oynaq səthləri arasında sürüşmə baş verir, əks halda, yəni nahamar olduqda isə ilişir və sürtünmə ilə qığırdağın zədələnməsi ehtimalının artmasına səbəb olur.

Aytən Sadıqzadə

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri