17 
Apr
2014
17:08
7
15
2422
Virtual karabakh

Nazpəri Dostəliyeva məhkəməyə gəlmədi

17 Apr, 2014
17:08
2422

Nazpəri Dostəliyeva məhkəməyə gəlmədi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xalq artisti 200 min manat təzminat tələb etmişdi.

Xalq artistləri Nazpəri Dostəliyeva ilə İlhamə Quliyeva arasında məhkəmə predmeti olan “Mən yemirəm, yedizdirirəm” ifadəsi ilə bağlı linqvistik ekspertizanın rəyi açıqlanıb. 

Oxu.Az AzNews.az-a istinadla xəbər verir ki, bu haqda İ.Quliyevanın vəkili Ceyhun Cəfərov deyib. O bildirib ki, məhkəmə prosesi bu günə təyin olunsa da qarşı tərəf, yəni iddiaçı xalq artisti Nazpəri Dostəliyeva iclasa gəlməyib:

“Nazpəri Dostəliyevanın nümayəndəsi məhkəməyə gəlmədi. Hətta məhkəmədən onlara telefonla zəng də edildi. Amma onlar buna baxmayaraq, yenə də məhkəməyə gəlmədilər. Görünür artıq onlar da bilir ki, şikayətləri əsassızdır”.

Xatırladaq ki, Nazpəri Dostəliyeva ATV kanalında yayımlanan “Ümid var” verilişində İlhamə Quliyevanın onun şərəf və ləyaqətinə xələl gətirən ifadələr işlətdiyini iddia edərək 200 min manat təzminat tələb etmişdi.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri