Noy
2018
14:27
126
221
18275
Virtual karabakh

Türkiyəli məşhurlar Bakıda: Kababınızdan yedik - FOTO

8 Noy, 2018
14:27
18275

Türkiyəli məşhurlar Bakıda: Kababınızdan yedik - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən gün Nizami Kino Mərkəzində Türkiyə istehsalı olan “Dünya hali” filminin qala gecəsi keçirilib.

Oxu.Az xəbər verir ki, baş tutan gecəyə ekran işinin baş qəhrəmanları Murat Dalkılıç, Melis Sezen  Serenay Aktaş qatılıb.

Onlar qırmızı xalçadan keçərək jurnalistlərin suallarını cavablandırıblar. 

Filmdə aşiq olmaqdan qorxan adamı canlandıran Murat rolunun çətinliyindən söz açıb:

“Çünki həyatımda başıma belə bir hadisə gəlməyib. Allah heç kimin də başına gətirməsin. Murad, əslində, çox gözəl müğənnidir, akyorluğuma gəldikdə isə bunu tamaşaçılar və tərəf müqabillərim deyə bilər. Həyatdə hər bir şeyə musiqi sayəsində nail olmuşam. Ona görə heç bir zaman müğənniliyi atmaq fikrim yoxdur. Əslində, mənim əsl peşəm aktyorluqdur. Çalışdığım qədər hər iki işi bir arada icra edirəm”.

Dalkılıç gələcəkdə Azərbaycanla ortaq bir iş görmək istədiyini bildirib:

“Əslində, niyə də olmasın?! Bunu layihə şəkildə təqdim etmək lazımdır. Düşünürəm ki, xalq olaraq bir-birimizin mədəniyyətini yaşatmalıyıq. Təxminən iki il əvvəl belə bir layihə üçün mən Bakıya gəlmişdim. Danışıqlar getdi, sonra o iş yarımçıq qaldı. İnşallah, o işi yenidən təqdim edərik. Mən sizin mahnılarını sevirəm. Bunu hər yerdə deyirəm”.

Vətənimizdə bir neçə dəfə olan Murat bildirib ki, onlar vaxt tapıb şəhərimizi də gəziblər:

“Buraya gələndən bəri çox gözəl dəqiqələr keçiririk. Hər zaman olduğu kimi, qonaqpərvərliyinizə heyran qaldım. Yeməklərinizdən yedik, kabablarınızın dadına baxdıq”.

Melis Sezen isə həyəcanlı olduğunu vurğulayıb:

“Vaxt edib, bizim qalamıza gəldiyiniz üçün hər bir kəsə təşəkkür edirəm. Əslində, çox həyəcanlıyıq. Maraqla gözləyirik. Ümid edirəm ki, filmi izləyən hər bir kəs məmnun qalar bizim bu işimizdən. Mənə bu film uğurlu gəldi. Çünki çəkilişlər bitən kimi, “Mucizə 2″ filminə dəvət aldım. Onun qalası isə mart ayına təsadüf edəcək”.

Qeyd edək ki, rejissor Ömər Canın çəkdiyi “Dünya hali” filmi aşiq olma qorxusu olan Sərdarın və onun sevdiyi gənc qadın - Gizemin eşqə doğru gedən yollarından bəhs edir.

Pərviz Hüseyn
FOTO: Ramil Zeynalov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri