Xəbər verdiyimiz kimi müğənni Elton Hüseynəliyev idarə etdiyi “BMW” markalı avtomobil ilə qəza keçirib.
İfaçının prodüseri Tolikin (Tarix Əliyev) Oxu.Az-a verdiyi məlumata görə, E.Hüseynəliyev ötən gecə idarə etdiyi avtomobili səkiyə çırpıb. Xoşbəxtlikdən müğənni heç bir xəsarət almayıb. Avtomobilin ön hissəsi yararsız hala düşüb.
Prodüserin sözlərinə görə, avtomobil hazırda cərimə meydançasındadır.
09:55
Müğənni Elton Hüseynəliyev avtomobil qəzası keçirib.
Oxu.Az xəbər verir ki, axşam.az-ın məlumatına görə, bu haqda “Salam Azərbaycan” verilişinin aparıcısı Aytən Səfərova efirdə deyib. Nəsimi rayon ərazisində baş verən qəzada ifaçı ciddi xəsarət almayıb.
Maşını döndərərkən əməliyyatı düzgün yerinə yetirə bilməyən Elton onu səkiyə çırpıb. Nəticədə “BMW” markalı avtomobilin qabaq hissəsi yararsız hala düşüb. Sənətçi özü isə maşını orada qoyaraq, hadisə yerindən uzaqlaşıb.
Rəylər